İyun 2022
15
Almaniyaya bütün COVID-19 giriş məhdudiyyətlərinin ləğv olunması
Almaniyaya bütün COVID-19 giriş məhdudiyyətlərinin ləğv olunması
Hörmətli ərizəçilər,
11 iyun 2022-ci il tarixindən etibarən Almaniyaya giriş üçün COVID-19 ilə əlaqədar tətbiq edilən bütün məhdudiyyətlər müvəqqəti olaraq aradan qaldırılmışdır.
Bu vaxtdan etibarən, səyahət məqsədlərindən asılı olmayaraq (turizm və qonaq səfərləri də daxil olmaqla) Almaniyaya girişə yenidən icazə verilib. Almaniyaya daxil olmaq üçün peyvənd sertifikatı, immunitet sertifikatı və ya neqativ COVID-19 testi tələb olunmur.