Visa İnformasiya Sistemi (VIS):


VIS, Şengen dövlətləri arasında viza məlumatlarının mübadiləsi üçün bir sistemdir. VIS-in əsas məqsədləri: viza üçün müraciət prosesi asanlaşdırmaq, təhlükəsizliyi yüksəltmək, həmçinin ərizəçilərin təhlükəsizliyini və xarici sərhədlərdə nəzarəti asanlaşdırmaqdır.

11 Oktyabr 2011-ci ildən Şenqen ölkələri viza məlumat sistemi (VIS) fəaliyyət göstərir. Tədricən, Şengen dövlətlərin viza mərkəzlərində VIS ilə əlaqələndirilir.

23 iyun 2015-ci ildən etibarən Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbekistan, İran, Türkmənistan, Azərbaycan, Ermənistan kimi ölkələrdə yerləşən alman diplomatik missiyası mərkəzləri VİS məlumat sisteminə qoşuldular. Bütün ərizəçilər bu gündən etibarən viza müraciətləri üçün barmaq izləri verməlidir!

VİS bu tarixdən etibarən bəzi dəyişiklərə uğrayıb:

  • Vizaya ilk dəfə müraciət olundunduğu təqdirdə biometrik məlumatları toplamaq məqsədi ilə ərizəçi şəxsən ofisə yaxınlaşmalıdır. Bu zaman ərizəçidən barmaq izi qötürüləcək və həmin ərizəçi bir ədəd biometrik şəkil təqdim etməlidir.
  • Müvafiq ərizəçinin barmaq izləri VİS məlumat sistemində 59 ay ərzində saxlanılır və bu zaman müddətində vizaya müraciyət olunduqda ərizəçinin şəxsi iştiraki tələb olunmur
  • Şengen ərazisinə daxil olduqda sərhəd orqanlarının nümayəndələri VİS sistemi vasitəsilə səyahətçinin şəxsiyyətini yoxlamaq imkanına malikdirlər.

Barmaq izinin götürülməsi öhdəliyindən aşağıdakı kateqoriyalara daxil olan şəxslər azad olunur.

  • 12 yaşadək uşaqlar;
  • Fiziki olaraq barmaq izi götürülməsi mümkün olmayan şəxslər
  • Dövlət başçıları və vəzifəli şəxslər (həmçinin, rəsmi nümayəndəliklərin üzvləri və həyat yoldaşı), əgər onlar rəsmi şəkildə üzv ölkələri tərəfindən, yaxud da beynəlxalq qurum tərəfindən dəvət alıblarsa
  • Son 59 ay ərzində barmaq izi verən ərizəçilər

Ərizəçinin şəxsi iştiraki mütləqdir. Yalnız Alman və digər Şengen viza mərkəzləri tərəfindən ərizəçi barmaq izi prosedurundan keçibsə, müvafiq ərizəçinin iştiraki məcburi deyildir. Ərizəçi sənəd təqdim etmək üçün qeydiyyatdan keçməlidir.