1. Ərizənin təsdiqindən əvvəl:
- Ərizə üçün lazımi sənədləri hazırlayın.
- Şengen vizasına müraciət etmək üçün saat 09:00-dan 12:00-dək əvvəlcədən vaxt təyin etmədən sənədləri təqdim edə bilərsiniz. Əgər Siz viza ərinəzini saat 13:00-16:00 arasında təqdim etmək istəyirsinizsə, o zaman Siz qəbul vaxtını təyin etməlisiniz.
2. Təsdiq zamanı:
- VisaMetric mərkəzində sənədlər yoxlanılır və barmaq izi götürülür. Buradan sənədlər müvafiq xarici nümayəndəliyə göndərilir.
- Əlavə xidmətlərdən istifadə edə biləcəyinizi unutmayın.
3. Təsdiqdən sonra:
- Ərizənizi veb səhifəmizdə izləyə bilərsiniz.
- Əməliyyat başa çatdıqdan sonra VisaMetric mərkəzimizdən pasportunuzu ala bilərsiniz və ya seçiminizə əsasən kuryer xidməti vasitəsilə ünvanınıza çatdırıla bilər.
Şengen vizası Şengen ərazisində (ölkələrində) 90 günə qədər səyahət etməyə imkan verir. Viza müraciətləri üzrə qaydalara əsasən, səfərinizə gedəcək vəya səfərinizin böyük bir hissəsini sərf edəcəyiniz ölkənin respublikadakı diplomatik nümayəndəliyinə viza üçün müraciət etməlisiniz. Əsas hədəf Almaniyadan başqa bir Şengen dövləti olduqda, ərizə müvafiq Şengen təmsilçiliyinə təqdim edilməlidir.