Sənədlərin verilməsi/alınması
Sənədlərin verilməsi
• Viza üçün ərizə, 18 yaşdan yuxarı ərizəçi özü verə bilər.
Barmaq izləri əvvəllər verilibsə:
• notarial etibarnamə üzrə (səlahiyyətlərin ötürmə hüququ olmadan):
Etibar edilən şəxs, etibar edilən şəxsin Almaniya Viza mərkəzində sənədlərin verilməsinə dair səlahiyyətin olması qeydi ilə notarial qaydada təsdiq edilmiş etibarnamənin əslini təqdim etməlidir.
• 18 yaşı olmayan uşaqların yerinə valideynlərdən biri və ya qəyyum sənədləri təqdim edə bilər doğum haqqında şəhadətnamə təqdim edilən halda (əsli + surət). Bu halda həmçinin Almaniya Viza mərkəzində uşağa aid sənədlərin verilməsinə dair səlahiyyətin olması qeydi ilə notarial etibarnamə (səlahiyyətlərin ötürmə hüququ olmadan) ikinci valideyn tərəfindən təqdim edilməlidir.
Vacibdir:
Bir ailə üzvü və ya birgə və eyni tarixdə səfərə yola düşən şəxslər qrupu olan Ərizəçilərin birgə müraciəti halda:
Müqaviləyə daxil olan qrup/ailənin hər bir üzvü, VisaMetric forma üzrə qrup/ailənin əsas şəxsin (müqavilənin sifarişçisi) adına olan sənədlərin alınması və verilməsi üzrə etibarnamə təqdim edilir.
Diqqət edin ki, Müqavilə adına rəsmiləşən sifarişçi, qrup/ailənin üzvü olmalı və onlarla birgə səfərə getməlidir.
Əks təqdirdə, birgə səfərə getməyən üçüncü şəxs və ya ərizəçi tərəfindən müraciət edilən zaman notarial etibarnamə tələb olunur.
Bu tip müraciət zamanı, müqavilə üzrə etibar edilən şəxs/ sifarişçi ərizə verən zaman təqdim etməlidir:
-ərizəçi tərəfindən doldurulan imzalanmış VisaMetric etibarnamə forması (əsli),
- etibar edən və etibar edilən şəxslərin daxili şəxsiyyət vəsiqəsinin surəti (şəkilli səhifəsi ilə),
- etibar edilən şəxsin daxili şəxsiyyət vəsiqəsinin əsli.
• Həddi buluğa çatmayan uşaqların sənədlərini valideyn və ya qəyyum olmayan şəxslər təqdim edən halda valideyn və ya qanuni qəyyum adından üçüncü şəxs adına notarial qaydada etibarnamə tələb olunur. etibarnamə, valideyn və ya qanuni qəyyum tərəfindən imzalanır və etibar edənlə etibar edilənin şəxsiyyətini təsdiq edən daxili sənədlərin məlumatlarına əsasən hazırlanır. Əlavə olaraq, etibarnaməni imzalayan valideyn və ya qanuni qəyyumun daxili sənədin surətini (şəkilli səhifə), etibar edilən şəxsin şəxsiyyətini təsdiq edən daxili sənədin surəti (şəkilli səhifə), uşağın doğum haqqında şəhadətnaməsinin əsli və surətini təqdim etməniz tələb olunur.
Sənədlər adına müqavilə rəsmiləşən şəxsin adına verilən zaman müqavilənin rəsmiləşdirilməsi üçün üstündə daxili sənəd və ya müvəqqəti yaşayış/qeydiyyat icazəsinin olması tələb olunur (xarici vətəndaşlar üçün).
Sənədlərin alınması
• adına müqavilə rəsmiləşən şəxs pasport və müşayiət sənədlərini ala bilər (müştəri müqaviləsində, xana "sifarişçi"). Alınması üçün tələb olunan sənədlər : müştəri müqaviləsi, alanın şəxsiyyətini təsdiq edən daxili sənəd (və ya əsasında müqavilə tərtib olunan sənəd, o cümlədən: xarici vətəndaşlar üçün müvəqqəti yaşayış icazəsi).
• Notarial müqavilə əsasında üçüncü şəxs (sifarişçidən qeyrisi) tərəfindən sənədlərin alınması mümkündür. Alınması üçün tələb olunan sənədlər: müştəri müqaviləsi, alanın şəxsiyyətini təsdiq edən daxili sənəd (şəkilli səhifənin əsli+surəti), viza mərkəzində sənədlərin (əsli+surəti) alınması üçün notarial etibarnamə.
Almaniya və ya Almaniyanın Baş Konsulluğu tərəfindən verilən sərəncam əsasında viza rüsumu üçün pul vasitələri geri qaytarılan halda, notarial qaydada təsdiqlənmiş etibarnamədə, etibar edilən şəxsin Ərizəçi adından müqavilə üzrə pul vasitələrinin alınması üçün səlahiyyətin olması, həmçinin əlavə olunmalıdır.
Həmin qeyd notarial qaydada təsdiqlənmiş etibarnamədə olmayan halda səlahiyyətli şəxsə pul vasitələri verilə bilməz.
• Müqavilə qrup/ailə adına rəsmiləşən halda, bütün pasport və müşayiət sənədləri yalnız müqavilədə sifarişçi qismində qeyd edilən şəxs ala bilər. Alınması üçün tələb olunan sənədlər : müştəri müqaviləsi, alanın şəxsiyyətini təsdiq edən daxili sənəd (və ya əsasında müqavilə tərtib olunan sənəd, o cümlədən: xarici vətəndaşlar üçün müvəqqəti yaşayış icazəsi).
Bütün qrup/ailə yerinə sənədlər digər şəxs tərəfindən alınan halda, sifarişçi adından üçüncü şəxs adına notarial etibarnamə tələb olunur, etibarnamənin məzmununda sifarişçi adından pasportun verilməsinə dair icazə, həmçinin müqavilə üzrə bütün ərizəçilərin adları qeyd olunmalıdır.
• Həddi buluğa çatmayan ərizəçilər yerinə sənədləri yalnız valideynlər və ya qanuni təmsilçi, ya da müştəri müqaviləsində sifarişçi kimi qeyd edilən qəyyum götürə bilər. Alınması üçün tələb olunan sənədlər : müştəri müqaviləsi, alanın şəxsiyyətini təsdiq edən daxili sənəd (və ya əsasında müqavilə tərtib olunan sənəd, o cümlədən: xarici vətəndaşlar üçün müvəqqəti yaşayış icazəsi). Əks halda həddi buluğa çatmayan uşağın sənədlərinin alınması qaydası üçüncü şəxs tərəfindən alınma qaydaları ilə eyni hesab edilir.
Diqqət: Viza mərkəzində pasport və müşayiət sənədləri alınan zaman, Siz müvafiq sənədi doldurmalısınız (verilmə şöbəsinin əməkdaşına verilir).