Noyabr 2024
17
Blue Card (Göy Kart) Aİ):
Hörmətli ərizəçilər,
Məmnuniyyətlə bildiririk ki, 1 dekabr 2024-cü il tarixindən etibarən bəzi D-Viza növləri üçün onlayn müraciətlər Konsulluq Xidmətləri Portalı vasitəsilə mümkün olacaqdır.
Aşağıdakı viza növlərindən hər hansı birinə müraciət edirsinizsə, ərizənizi yalnız onlayn olaraq Konsulluq Xidmətləri Portalı vasitəsilə təqdim etməlisiniz:
- Blue Card (Göy Kart) Aİ): https://digital.diplo.de/Blaue-Karte
- Peşəkar təhsili və təlimi üçün viza : https://digital.diplo.de/arbeitsaufnahme-ausbildungsberuf
- Akademik kimi işə başlamaq üçün viza : https://digital.diplo.de/arbeitsaufnahme-akademiker
- İş təcrübəsi ilə işə başlamaq üçün viza : https://digital.diplo.de/arbeitsaufnahme-berufserfahrung
Qeyd edək ki, viza mərkəzi vasitəsilə birbaşa müraciət etmək və ya vaxt təyin etmək mümkün olmayacaq; lakin ərizənizə onlayn baxıldıqdan sonra barmaq izinin alınması üçün şəxsən iştirak tələb olunacaqdır.
