1. Ərizənin təsdiqindən əvvəl:
- Ərizə üçün lazımi sənədləri hazırlayın.
- Viza üçün sənədlər 09:00-16:00 aralığında təqdim oluna bilər. Şengen vizasına müraciət etmək üçün saytımızda əvvəlcədən vaxt təyin etməklə sənədləri təqdim edə bilərsiniz.
2. Təsdiq zamanı:
- VisaMetric mərkəzində sənədlər yoxlanılır və barmaq izi götürülür. Buradan sənədlər müvafiq xarici nümayəndəliyə göndərilir.
- Əlavə xidmətlərdən istifadə edə biləcəyinizi unutmayın.
3. Təsdiqdən sonra:
- Ərizənizi veb səhifəmizdə izləyə bilərsiniz.
- Əməliyyat başa çatdıqdan sonra VisaMetric mərkəzimizdən pasportunuzu ala bilərsiniz və ya seçiminizə əsasən kuryer xidməti vasitəsilə ünvanınıza çatdırıla bilər.
Şengen vizası Şengen ərazisində (ölkələrində) 90 günə qədər səyahət etməyə imkan verir. Viza müraciətləri üzrə qaydalara əsasən, səfərinizə gedəcək vəya səfərinizin böyük bir hissəsini sərf edəcəyiniz ölkənin respublikadakı diplomatik nümayəndəliyinə viza üçün müraciət etməlisiniz. Əsas hədəf Almaniyadan başqa bir Şengen dövləti olduqda, ərizə müvafiq Şengen təmsilçiliyinə təqdim edilməlidir.