Daha rahat şəraitdə sənədlərini təqdim etmək istəyən ərizəçilər VİP xidmətindən istifadə edə bilər. Sənədlərin təqdimatı prosesi xüsusi olaraq hazırlanmış Vip ofislərdə həyata keçirilir.
VisaMetric VİP xidmətinə aşağıdakılar daxildir:
- Təcrübəli əməkdaşlar tərəfindən sürətli xidmət;
- Anketlərin doldurulması və çap edilməsi ;
- Sənədlərin surətinin çıxarılması və çap edilməsi (Ödənişsiz);
- Sənədlərin baxılmasından sonra hazır olması ilə bağlı SMS bildirişi ;
- Biometrik şəklin çəkilməsi ;
- Pasportun kuryer vasitəsilə çatdırılması.
VIP xidmətimizi seçən müştərilər viza haqqı və Visametric xidmət haqqı ilə yanaşı, müvafiq olaraq (47 €) VIP əlavə xidmət haqqını ödəməlidirlər.
VisaMetric xidmət haqqı və (47 €) VIP əlavə haqqı AZN -də pul və ya kredit kartı ilə ödənilməlidir. Xatırladaq ki, faktiki məbləğ gündəlik məzənnəyə görə hesablanacaq.
Sənədlərin VİP xidməti çərçivəsində təqdim olunması vizanın alınmasına, sənədlərə tez baxılmasına zəmanət vermir və vizanın növünə və müddətinə təsir etmir.