Ərizəçilərin təqdim etdiyi sənədlər VisaMetric vasitəsilə Konsulluq Viza Departamentinə göndərilir. Şengen vizasına müraciətlərin baxılması prosesi qaydaya uyğun olaraq Səfirliyə müraciətin qəbul olunduğu gündən etibarən 10 gün çəkir.
Nəzərə alın ki, iş yükünün daha çox olduğu müddətdə (yay tətilləri və ya bayram günləri) müraciətlərə baxılması müddəti uzadıla bilər.
Planlaşdırılmış səyahət tarixindən 180 gündən tez olmayaraq Şengen vizasına müraciət oluna bilər.
Almaniyanın Bakıdakı Səfirliyi səyahət tarixindən 15 gündən gec olmayaraq vizaya müraciət etməyi məsləhət görür.
Ərizəni təsdiq və ya rədd etmək qərarı yalnız xaricdəki diplomatik nümayəndəlik tərəfindən qəbul edilir. Azərbaycanın və Almaniyanın rəsmi bayram günlərindən əvvəl ərizələrin çoxluğu səbəbindən gecikmələr baş verə bilər. Buna görə, ərizəni erkən təqdim etməyinizi xahiş edirik. Azərbaycan vətəndaşları olmayan ərizəçilər üçün bu müddət 10 günə əlavə olunacaq.
Qeyd: Müraciətə baxılması müddəti 15 Təqvim günündən çox olduğu təqdirdə, ərizələr xarici diplomatik nümayəndəlikləri tərəfindən yazılı şəkildə göndərilə bilər. Xarici nümayəndəliyin elektron poçtla çatışmayan / əlavə sənədlərin tələb etdiyini diqqətə çatdırırıq. Buna görə elektron potçunuzun əvvəlcədən yoxlanılmasını xahiş edirik.