1. Azərbaycan / FAQ / Ərizənizdən sonra

 

Alman Şengen vizası ilə digər Şengen ölkələri ziyarət edə bilərəmmi?

Bəli.
Şengen vizası bütün Şengen ərazisində qalma hüququnu verir. 

 


 

Viza Məcəlləsində göstərilən 10 günlük güzəşt müddəti ilə viza ala bilərəm?

Viza Məcəlləsinin 24 (1) maddəsinə əsasən, vizanın etibarlılıq müddəti əlavə bir dövrü əhatə edir
Sağlamlıq sığortası müvafiq dövr üçün çıxarılmışsa 10 gündür. Bu, asan giriş üçün viza ilə bağlıdır:
Məsələn:
Girişi olan 05.06.-15.06.2017 (11 gün) bir səfər planlaşdırırsınız. Sonra 05.-30.06.2017 tarixləri arasında 26 gün müddətində sağlamlıq sığortası bağlayın. Səfirlik sizdən 26 gün müddətində viza verəcək, 05.-30.06.2017 tarixli etibarlılıq ilə 1 giriş verəcək və bu dövrdə səyahətinizi asanlıqla təşkil edə bilərsiniz.
Xatırladaq ki, vahid viza verilmiş tibbi sığortaın qüvvədə olma müddətinə uyğun olaraq verilir.

 


 

Mənim müraciətimə rədd cavabı gəldi. Bu halda nə edə bilərəm?

Müraciətinizə verilən rədd cavabını haqqsız hesab edirsinizsə, rədd cavabına qarşı iddia ərizəsi ilə müarciət edə bilərsiniz.Sizin viza üçün ərizənizə rədd cavabı gəlməsinin səbəbləri rədd cavabına dair sənəddə göstərilmişdir. Etiraz məktubunuzda Sizin şəxsiyyətinizə dair məlumatlar və rədd cavabını haqqsız hesab etməyinizin səbəbləri qeyd olunmalıdır. Məktubu imzalamağı unutmayın. Sizin fikrinizi təsdiq edən əlavə sənədləri də birbaşa təqdim etməlisiniz. Əgər Səfirlik Sizin etirazını əsaslı hesab edərsə, Sizə Viza veriləcək. Əks halda Siz rədd cavabına qarşı Berlindəki İnzibati Məhkəmədə iddia qaldıra bilərsiniz. Bu barədə ətraflı məlumatı Siz rədd cavabınıza dair məktubdan əldə edə bilərsiniz. Siz həmçinin viza üçün yenidən ərizə ilə müraciət edə bilərsiniz.

 


 

Etiraz ərizəmə baxılma müddəti nə qədərdir?

Daxil olan etiraz ərizələrinə xronoloji ardıcıllıqla baxılır. Konsulluq şöbəsinin imkanından asılı olaraq etiraz ərizələrinizə baxılma bir neçə həftədən bir neçə ayadək davam edə bilər. Etiraz ərizələrinə baxılma üçün səfirlik tərəfindən müəyyən bir müddət təyin olunmamışdır.

 


 

Mənim viza üçün müraciətinə rədd cavabı verilmişdir. Məni dəvət edən tərəf bu vəziyyətdə nə edə bilər?

Siz və Sizi dəvət edən tərəf Səfirliyə müraciət edib, rədd cavabın səbəbblərini izah etməyini xahiş edə bilər. Sizi dəvət edən tərəfə hər halda Sizin imzaladığınız bir etibarnamə verilməlidir ki, Sizin adınızdan viza proseduru haqqında məlumat əldə edə bilsin. Əgər Səfirlik Sizə viza verilməyi qeyri-mümkün hesab edərsə, Sizi dəvət edən tərəf poçtla ətraflı yazılı xəbərdarlıq alacaq, bu da Berlin İnzibati Məhkəməsinə təqdim edilə bilər.

 


 

Mənə verilən rədd cavabının səbəbini anlayıram, lakin mən buna baxmayaraq Almaniyaya səfər etmək istəyirəm. Olarmı mən bir daha viza üçün müraiciət edim?

Siz viza üçün hər zaman yenidən ərizə ilə müraciət edə bilərsiniz. Sənədlərinizin qəbul vaxtını təyin edin və məlumat vərəqəsində göstərilən bütün sənədləri toplayın. Əgər Siz etiraz məktubu ilə müraciət etmisinizsə, əvvəlki ərizənizin rədd cavabı səbəblərinin yoxlanılması prosesi dayandırılır.

 


 

Mən rədd cavabı aldım. Pasportuma səfirlik bir möhür vurdu. Bu möhürün mənası nədir?

Pasportunuza vurulan möhür yalnız Sizin Almaniya Səfirliyinə müraciət etməyinizi göstərir. Möhür gələcəkdə viza üçün növbəti müraciətlərinizə heç bir maneə törətməyəcəkdir.

 


 

Mənə viza verilməsə rüsum geri qaytarılırmı?

Xeyr, bu mümkün deyildir. Rüsum vizaya görə deyil, sənədlərin qəbul edilməsi və işlənməsi üçün alınır.

 


 

Mən sənədlərimə daha tez baxılması üçün yüksək rüsum ödəyə bilərəmmi?

Xeyr, bu imkan mövcud deyildir. Səfirlik qanunla təsdiq olunmuş rüsum məbləğindən artıq pul götürə bilməz.

Əlavə xərclər yalnız əlavə xidmətlər üçün ödənilə bilər (məs., Almaniyaya edilən telefon zəngləri və ya faks məktubunun göndərilməsi).

 


 

Mən necə əmin ola bilərəm ki, vizamı alacam?

Belə bir qarantiya yoxdur. Siz hətta bütün sənədləri tam şəkildə təqdim etsəniz də rədd cavabı ala bilərsiniz. Viza verilməsi üçün qərar individual şəkildə qəbul olunur və əvvəlcədən qərarın verilməsinə təsir etmək mümkün deyil.

 


 

Mənə səfirlikdən zəng edib xahiş etdilər ki, mən məlumat vərəqəsində adı çəkilməyən əlavə sənədlər təqdim etməliyəm. Nə üçün mən bu əlavə sənədləri təqdim etməliyəm və niyə səfirlik sənədlərimi təqdim edəndə məndən bunu tələb etmədi?

Əgər artıq təqdim olunmuş sənədlər əsasında viza qərarının verilməsi mümkün deyildirsə, ayrı-ayrı hallarda səfirlik əlavə sənədləri tələb etmək hüququna malikdir. Əlavə sənədlərin verilməsi qərarı sənədlərinizi qəbul edən əməkdaşımız tərəfindən verilmir. Bu səbəbdən əlavə sənədlərə ehtiyac olduğunu Sizə sonradan bildirirlər.

 


 

Mən vizamda səhvə yol verildiyini yalnız indi görmüşəm. Nə etməliyəm?

Vizanızı pasportunuzu götürən kimi yoxlamağınız, səhvlər və ya uyğunsuzluq olduğu təqdirdə dərhal viza şöbəsinə məlumat verməyiniz xahiş olunur. Sonrada olan düzəliş mümkün deyil və ya yalnız rüsum ödəniləndən sonra mümkündür.

Əgər Siz vizanızda səhvə yol verildiyini sonradan görsəniz, onda səfirliyə məlumat saatında müraciət edin.

 


 

Mən bir illik viza almışam. Günlərin sayı “90”, giriş sayı isə “MULT” göstərilmişdir. Bu nə deməkdir?

Bu viza ilə Siz bir il ərzində hər yarım ildə maksimum 90 gün olmaqla Şengen dövlətləri ərazisində qala bilərsiniz. Siz bu viza ilə Şengen dövlətlərinə dəfələrlə giriş-çıxış edə bilərsiniz. Birinci yarım il Sizin ölkəyə giriş etdiyiniz birinci gündən etibarən hesablanmağa başlayır. Birinci yarım il ərzində istifadə etmədiyiniz günlərin sayının ikinci yarım ilə keçirilmədiyinə diqqət etməyiniz xahiş olunur. Birinci yarım il ərzində 90 gün istifadə edildiyi təqdirdə Siz ölkəni tərk etməlisiniz və yalnız ikinci yarım il başladıqdan sonra yenidən Şengen dövlətləri ərazisinə giriş edə bilərsiniz. Əgər qalan günlərin sayı ilə bağlı əmin deyilsinizsə, yaxşı olar ki, pasportunuz ilə məlumat saatında səfirliyə gəlib müraciət edəsiniz.

 


 

Mənim vizam 01.05. tarixindən 01.06. tarixinədək etibarlıdır. Günlərin sayı “10”, girişlərin sayı “01” göstərilmişdir. Bu nə deməkdir?

Siz bu viza ilə yalnız bir dəfə giriş edə və Almaniyada maksimum 10 gün qala bilərsiniz. Siz bu 10 günü Almaniyada 01.05. tarixindən 01.06. tarixinədək qala bilərsiniz.

 


 

Yalnız bir girişlə viza aldım. Şengenərazisi daxilində səyahət edə bilərəmmi və ya bir Şengen dövləti ilə məhdudlaşmalıyam?

Giriş yalnız Şengen bölgəsinə ilk girişdir. Almaniyadan başqa bir Şengen ölkəsinə səyahət edirsinizsə və sonra Almaniyaya qayıtsanız, bu bir giriş kimi qəbul edilmir.

 


 

Bir illik viza aldım və yarım il ərzində Almaniyada 50 iş günü keçirdim. İndi İspaniyaya 14 günlük səfər etmək istəyirəm. Bunu edə bilərəmmi?

Bəli. Şengen vizası bütün Şengen dövlətləri üçün etibarlıdır. Yalnız əmin olun ki, vaxtinizin böyük hissəsini vizanı verən ölkədə keçirirsiz. Qalan günlər digər Şengen dövlətlərində keçirilə bilər.

 


 

Mən Almaniya Səfirliyindən 10 günlük viza almışam və 10 gün Almaniyada qalmaq istəyirəm. Bundan əvvəl isə 5 günlük İtaliyaya getmək istəyirəm. Buna icazə verilirmi?

Ümumiyyətlə bəli. Əgər Sizin əsas səfər məqsədiniz Almaniya olaraq qalırsa, Siz Şengen dövlətləri ərazisinə başqa dövlətin ərazisindən də giriş edə bilərsiniz. Ola bilər ki, ilk giriş edəcəyiniz ölkənin sərhəd xidməti əməkdaşları Sizdən vizanı rəsmiləşdirən ölkəyə gedəcəyinizi sübut edən sənəd tələb etsin. Bu sənədi təqdim edə bilməyəcəyiniz təqdirdə sərhəd xidməti Sizi geri göndərə bilər.

 


 

Mən Almaniya Səfirliyindən 10 günlük viza almışam və artıq Almaniyadayam. Ancaq daha artıq qalmalıyam. Bu halda nə edə bilərəm?

Yubanmadan vizanızın müddətini uzatmaq üçün qaldığınız yer üzrə aidiyyatı Xaricilərlə İş üzrə İdarəsinə (Ausländerbehörde) müraciət edin. Ölkə ərazisində müddəti bitmiş viza ilə qalmaq „Almaniyada yaşamaq haqqında Qanun“ ziddir və cərimə ilə yaxud ölkəyə giriş qadağası qoyulmaqla nəticələnə bilər. Vizanızın Almaniya Səfirliyi tərəfindən verilmədiyi halda yaxud digər Şengen dövləti ərazisində olduğunuz halda belə aidiyyatı Xaricilərlə İş üzrə İdarəsinə (Ausländerbehörde) müraciət edin.

 


 

Mənim Şengen vizam hələ etibarlıdır. Pasportumda isə artıq boş vərəqlər qalmamışdır. Bu halda vizam etibarlıdırmı?

Pasportunuz etibarsız olsa belə vizanız etibarlıdır. Siz heç bir problem olmadan hər iki pasport ilə səyahət edə bilərsiniz. Yaxud Siz köhnə və yeni pasport ilə məlumat saatında səfirliyə gələrək viza şöbəsinə müraciət edirsiniz və vizanız rüsumsuz yeni pasportunuza köçürülür.

 


 

Mənim Şengen vizası üçün veridiyim sənədlərə niyə rədd cavabı gəldi?

Sizin viza üçün ərizənizə rədd cavabı gəlməsinin səbəbləri rədd cavabına dair sənəddə göstərilmişdir. Nəzərə alın ki, məlumat vərəqəsində göstərilmiş sənədlərin tam şəkildə təqdim olunmasına rəğmən rədd cavabı verilə bilər. Sənədlərinizin tam şəkildə təqdim olunması viza verilməsi üçün qarantiya deyildir.  İmtina etmək üçün ən ümumi səbəblərin əlavə şərhləri burada tapa bilərsiniz.